Tovuzda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2017" ilə "OPEL" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1-i azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B.Huseynov,1982-ci il təvəllüdlü A.Əliyev, 1978-ci il təvəllüdlü E.Ələsgərov, 2006-cı il təvəllüdlü R.Qasımov, 2009-cu il təvəllüdlü H.Abdullayev və 2020-cı il təvəllüdlü R.Rüstəmovdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....