Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO
Foto
Hadisə 173

Tovuzda məktəblərin birində xoşagəlməz hal yaşanıb. Məktəbin həyətindəki bufet-dükanı işlətmək istəyən şəxslə təhsil müəssisəsinin rəhbərliyi arasında insident baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Sahib İsgəndərov adına Tovuz rayonunun Əyyublu kənd tam orta məktəbində baş verib.

Sözügedən kənd sakini Mehriban Əliyeva adlı şəxs bu məktəbdə bufet-dükan işlətmək istədiyini və bu istiqamətdə müvafiq sənədlər toplasa da məktəbin direktor əvəzedicisi Gültəkin Nəsibova tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia edir.

Birinci qrup əlil olan qadın xəstəxanaya yerləşdirilib. Qadını döydüyü iddia olunan müəllim direktor əvəzedicisi Gültəkin Nəsibova isə səsləndirilən iddiaları qəbul etmir.

Hər iki tərəf zərərçəkən və təzyiqə məruz qalan şəxslər olaraq polisə müraciət ediblər. Fakt isə hüquq mühafizə orqanlarının nəzarətindədir.

Məsələ ilə bağlı Tovuz rayon Təhsil Şöbəsindən bildirilib ki, faktla bağlı onlarda məlumat var və müvafiq akt da tərtib edilib.

Məsələdə kimin haqlı, kimin haqsız olduğu isə hüquq mühafizə orqanlarının apardığı araşdırmalardan sonra bəlli olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər