Tovuzda bir gecədə mağaza və dəftərxana ləvazimatları mağazası yarıldı - FOTO

Tovuzda bir gecədə mağaza və dəftərxana ləvazimatları mağazası yarıldı - FOTO
Foto
Hadisə 94

Tovuz rayonunda fəaliyyət göstərən mağaza bir həftə ərzində iki dəfə yarılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Mirzə Fətəli Axundzadə küçəsində qeydə alınıb.

Rayon sakini Lalə Ələkbərovanın icarəyə götürdüyü mağazadan əsasən tütün məmulatları, spirtli və energi içkiləri,danışıq kartları və. s oğurlanıb.

Bildirək ki,bu mağaza bir həftə içərisində ikinci dəfədir yarılır.

Birinci hadisə zamanı isə buradan 1500 manat oğurlanıb.

Daha bir oğurluq hadisəsi isə rayonun Abulbəyli kəndində Validə İsayevaya məxsus dəftərxanada baş verib.

Buradan isə bahalı saatlar, məktəb ləvazimatları və alışqanlar oğurlanıb.

Hadisə yerinə Tovuz rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər