Tovuzda ağır yol qəzası, 1 nəfər öldü - FOTO

Tovuzda ağır yol qəzası, 1 nəfər öldü - FOTO
Foto
Hadisə 171

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun girişində Olimpiya kompleksinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan iki VAZ 2106 markalı avtomobillər toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev dünyasını dəyişib.

Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə baş verən yerdə dəfələrlə ağır yol qəzaları baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər