Tovuzda 5 otaqlı ev yandı - FOTO

Tovuzda 5 otaqlı ev yandı - FOTO
Foto
Hadisə 116

Tovuz rayonunda 5 otaqlı mənzil yanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Arifə Qasımovaya məxsus binanın 4-cü mərtəbəsində qeydə alınan hadisədə 130 kv metrlik 5 otaqlı mənzilin böyük hissəsi əşyaları ilə birlikdə yanıb. İlkin məlumata görə, evi azyaşlı uşaq yandırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Alovun qarşısını alarkən bir yanğın söndürən əməkdaşı tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma başlanılıb, yanğının dəqiq səbəbləri öyrənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər