Tovuz sakini qonşusuna ov tüfəngindən atəş açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayon sakini Ədalət Verdiyi qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub. Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb.
Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi - VİDEO
2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN "102" mərkəzinə zəng edərək atası...