Tovuz istiqamətində Ermənistanın kvadrokopteri zərərsizləşdirilib - RƏSMİ

Tovuz istiqamətində Ermənistanın kvadrokopteri zərərsizləşdirilib - RƏSMİ
Hadisə 4

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər