İtlə rəhmsiz davranan şəxs cəzalandırıldı - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib:
“Faktla bağlı təqsirkar İlkin Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”.
Qeyd edək ki, sosial şəbəkədə yayaılan videogörüntülərə görə bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.
Oxşar xəbərlər
İti su kanalına ataraq əyləndilər, sosial şəbəkə ayağa qalxdı - VİDEO
Sosial şəbəkədə iti qarşı zorakılıq hadisəsinin videousu yayılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, videoda yetkin yaşlarında bir kişi iti amansızcasın...