İtkin düşdüyü deyilən gənc tapıldı - Evə zəng etməyi unudubmuş

İtkin düşdüyü deyilən gənc tapıldı - Evə zəng etməyi unudubmuş
Hadisə 919
3 iyndan etibarən itkin düşdüyü deyilən Ağsu rayon Bənəcik kənd sakini, 22 yaşlı Vəlizadə Əsəd İntiqam oğlundan yeni xəbər var.Qohumlarının BAKU.WS-ə verdiyi məlumata görə, onun yaxınlarının təlaşa düşməsinə səbəb telefonunun xarab olması və evə məlumat verməməsidir:“Telefonu düzəltdirmək üçün bir neçə gün işləyib və qazandığı pulla telefonunu düzəltdirib. Düz bir həftə sonra evə zəng edib salamat olduğunu deyib. Məsuliyyətsizlikdən hamını təlaşa saldı. Amma şükür Allaha ki, özü salamatdır”, - deyə yaxınları bildiriblər.Qeyd edək ki, Əsəd Vəlizadə dostları ilə kirayədə qaldığı evə 1-2 ay öncə köçdüyü və ailəsinin də o evi tanımadığı üçün oranı tapa bilməyiblər.Fərid ƏDALƏT
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 22 yaşlı gəncdən 5 gündür xəbər yoxdur - FOTO

Bakıda 22 yaşlı gəncdən 5 gündür xəbər yoxdur - FOTO

Ağsu rayon Bənəcik kənd sakini, 22 yaşlı Vəlizadə Əsəd İntiqam oğlu itkin düşüb.Yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, ailəsi 5 gündür ondan xəbər ala bi...

1294 Hadisə 19:51 07 iyun 2019

Son xəbərlər