Tiktoker "Mələk" həbs edildi
10
mar
2025
14:25
Azərbaycanda daha bir tiktoker həbs edilib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, "Mələk" ləqəbli tiktoker Hürü Musayeva sosial şəbəkələrdə əxlaqsızlığın təbliği və təhqiredici ifadələr işlətdiyinə görə Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün məhkəməyə çıxarılıb.
Məhkəmə Hürü Musayevaya 10 sutka həbs cəzası verib.
Qeyd edək ki, bir müddət öncə "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə də həbs edilmişdi.
Oxşar xəbərlər
Vergi xidmətinin əməkdaşı vəfat etdi
Şəmki rayonunda vergi xidmətinin əməkdaşı Elçin Məmmədov vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o 61 yaşında dünyasını dəyişib. Qeyd olunub ki,...