"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ
Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tiktoker xanım polis tərəfindən saxlanılıb. Daha sonra isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1999-cu İldə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib.
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər açıq görüntüləri isə "Tik Tok" platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədilə hazırlayıb.
Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib.
Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.
Oxşar xəbərlər
Rusiyalı iş adamı Umar Cabrailovun qızı: "Atam intihar etməyib"
Biznesmen və keçmiş senator Umar Cabrailovun qızı Alvina Cabrailova atasının intihar etmədiyini bildirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "...