Tibb bacısı xəstənin qızıllarını OĞURLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tibb bacısı xidmət göstərdiyi vətəndaşın evini qarət edib.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Q. Vəzirov küçəsində qeydə alınıb.
Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı Nərmin Mustafayeva (ad və soyad şərtidir) zərərçəkənin evində olarkən qızılları harada gizlətdiyini görüb:
"Pərvanə cərrahi əməliyyat olunduğu üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o, 2 boyunbağısını şalvarının cibinə qoyaraq, şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə Pərvanənin evinin qapısı açıq idi. Səslədim, qızı çıxdı, o anasını qonşudan çağırmağa getdi. Bu zaman otağa girdim və həmin qızılları götürdüm. Səhəri günü lombardda 750 manata satdım. Pərvanə zəng edib qızılları oğurladığımı deyəndə, pulunu qaytaracağımı bildirdim. Ancaq ona dəyən ziyanı ödəyə bilmədim".
Nərmin əməlindən peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olmasının nəzərə alınmasını xahiş edib.
İttiham aktında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edib.
Bu əməlinə görə, Nərminin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (evə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə cinayət işi başlanıb.
Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Mustafayeva barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...