Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə narkotik qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü N.Məmmədliyə "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....