Tərtərdə bıçaqla özünə xəsarət yetirən səkkiz yaşlı uşaq vəfat edib

Tərtərdə bıçaqla özünə xəsarət yetirən səkkiz yaşlı uşaq vəfat edib
Hadisə 395

Tərtərdə səkkiz yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Son xəbərlər