"Telegram" üzərindən yeni dələduzluq: "Salam" yazaraq şəkillərimizi, videolarımızı oğurlayırlar

Telegram üzərindən yeni dələduzluq: Salam yazaraq şəkillərimizi, videolarımızı oğurlayırlar
Video
Hadisə 71

Son günlər Azərbaycanda "Telegram" istifadəçiləri yeni fırıldaqçılıq üsulunun qurbanına çevrilirlər. İstifadəçilərin şəxsi mesaj qutusuna gələn "Hi, şəkilləriniz…" sözləri ilə başlayan mesajlar ilk baxışda adi salamlaşma təsiri bağışlasa da, əslində, bu, hesab oğrularının yeni tələsidir.

Bu tələyə düşənlərin sayı isə sürətlə artır. Ətrafımızda azı bir adam artıq bu tora düşüb. Bəs zərərçəkənin əlaqə nömrəsi kiberdələduzun əlinə necə keçir?

Budəfəki fırıldaq mexanizminin sxemi sadə, amma təsirlidir. Dostunuz, iş yoldaşınız, valideyniniz və ya hər hansı yaxın bir tanışınız sizə şəkillərinizin olduğu iddia edilən bir link göndərir və siz də heç ruhunuz da incimədən həmin linkə daxil olaraq fırıldaq şəbəkəsinin yeni qurbanına çevrilirsiniz. Sözügedən linkdə isə ölkəni seçmək, telefon nömrəsini yazmaq və ən təhlükəlisi "Telegram" tərəfindən göndərilən təsdiqləmə kodunu daxil etmək tələb olunur.

Bu addımdan sonra isə hesab tamamilə dələduzların nəzarətinə keçir.

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Sənan Vəlizadənin sözlərinə görə, sözügedən linkə keçid etdikdə mobil cihazlara zərərverici tətbiqlər yerləşdirilə bilər:

"Həmin tətbiqlər vasitəsilə cihazınız uzaqdan idarə oluna, eyni zamanda məlumatlarınız oğurlana bilər". Mütəxəssis bu tora düşən vətəndaşların nə etməli olduğu ilə bağlı da məlumat verib: "İkimərhələli identifikasiyanı sosial media və digər hesablarınızda aktivləşdirsəniz, bu kimi hallardan yaxa qurtara bilərsiniz".

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Son xəbərlər