Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, məhkum Mirhadı Mirtağı oğlu Bağırovla görüşə gəlmiş qohumu Kamran Səfər oğlu Yusifovun üzərinə baxış leçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş mobil telefon aparatı aşkar olunub.
Bununla yanaşı, 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.
Məhkum Nizaməddin Xanhüseyn oğlu Ağayevə anası Xatəmə Əlibəndə qızı Ağayevanın gətirdiyi sovqatdakı qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Polkovnik-leytenantın oğlu direktoru kabinetində niyə öldürüb? - TƏFƏRRÜAT
Gəncə Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin 8 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru...