Tanınmış jurnalist ağır qəzaya düşdü: özü və qızı... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış jurnalist Nigar Abbasova qəzaya düşüb.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb.
N.Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfildən ona çırpılıb.
Qəza nəticəsində N.Abbasova və avtomobildəki qızı, 12 yaşlı Nərmin xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Jurnalist N.Abbasova Lent.az-a açıqlamasında ölümdən döndüklərini və hazırda həkim müayinəsindən keçdiklərini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qubada dəhşətli hadisə - “Hyundai Santafe” insanların üstünə çıxdı
Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, h...