Tanınmış jurnalist üçüncü dəfə həbs olundu

Tanınmış jurnalist üçüncü dəfə həbs olundu
Hadisə 94

Bir neçə mətbuat orqanında eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.

BAKU.WS xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, jurnalistin həbsinə səbəb Xətai Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbiri haqqında qəbul etdiyi qərar olub.

Məlumata görə, Azər İsrafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.

Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.

Xatırladaq ki, Azər İsrafilov 2014 və 2017-ci illərdə dələduzluq etdiyinə görə iki dəfə həbsdə olub. O, sonuncu dəfə həbs olunarkən ATV televiziyasının "Xəbərlər departamentinin əməkdaşı olub. 2007-2010-cu illərdə ANS-də çalışan jurnalist daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.

Son xəbərlər