Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında şikayətlər daxil olmuşdu: valideynlərdən biri - Tural Nəsmiyev oxu.az-a müraciət etmişdi.
Oxşar xəbərlər
AQTA: 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə BAKU.WS-ə AQTA-dan mə...