Taksi sürücüsünü hədələyib 20 manatını taladı
17
mar
2023
11:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-nin mətbuat xidmətindən bildirilib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda taksi sürücüsü sərnişin qadını döyüb, taladı
Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı...