Taksi gözləyən qadına qarşı "Prius" sürücüsündən əxlaqsız HƏRƏKƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən «Toyota Prius» sürücüsünün kimliyi müəyyən olunub.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib. O qeyd edib ki, görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T.Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə aparılıb. «Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb».
Qeyd edək ki, ötən gün yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü ilə bağlı sosial şəbəkədə videogörüntü paylaşılmışdı.
***28.08.2024 23.59
«Toyota Prius» sürücüsü yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri «Patrul.az» paylaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılır, tədbir görüləcək.
Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...