Tağıyev qəsəbəsində zəhərlənən uşaqlardan ikisi evə buraxılıb, birinin vəziyyəti ağırdır

Tağıyev qəsəbəsində zəhərlənən uşaqlardan ikisi evə buraxılıb, birinin vəziyyəti ağırdır
Hadisə 64

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlarla bağlı son vəziyyət açıqlanıb.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, zəhərlənənlərdən iki nəfər müalicədən sonra evə buraxılıb. Onların vəziyyəti qənaətbəxş hesab edilib və ambulator müalicə tövsiyə olunub.

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə daha iki uşağın müalicəsi davam etdirilir. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirir.

Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alan və meninqoensefalit diaqnozu qoyulan bir uşağın vəziyyəti isə ağır, lakin stabil olaraq qalır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda polkovnik vəfat etdi

Azərbaycanda polkovnik vəfat etdi

Ehtiyatda olan polkovnik Şahrəddin Məmməd oğlu Balacanov dünyasını dəyişib.  BAKU.WS  xəbər verir ki, Şahrəddin Balacanov Qazax rayonunda dəfn olunub. Qeyd edək...

91 Hadisə 23:59 30 iyul 2026

Son xəbərlər