Tağı Əhmədovun ayaqları tutuldu - Keçmiş məmur əlil arabasında

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.
BAKU.WS yenisabah.az-a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.
Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.
Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.
T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.
Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.
Oxşar xəbərlər
Tağı Əhmədovun əmlakları açıqlandı: Dubayda ticarət mərkəzi və otellər, milyonluq villalar
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...