Tağı Əhmədovun adı keçən cinayət işində təqsirləndirilən şəxslərə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Dələduzluqda təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşova hökm oxunub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda Q.Muxtarov 8 il 6 ay, S.Abuşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə iki milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T.Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.
Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.
Xatırladaq ki, S.Xəlilovun cinayət işi ayrı icraata verilib və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Tağı Əhmədovdan sələmə iki milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan S...