İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Səni Axtarıram” verilişində İsveçdə ölən qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib.
Mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub.
Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhum qızın valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər.
Onu da qeyd edək ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin mane olurdu. Cənazənin Azərbaycana köçürülməsində dəstək olanlar və eyni zamanda verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Elvin və arxasında duran şəxslər tərəfindən hədələnirdi.
Oxşar xəbərlər
Bakıda yaşayan "Bomj"un həyatını belə dəyişdilər - VİDEO
Suraxanıda köhnə avtomobilin içində yaşayan və səfil həyatı sürən Elvin 1985-ci ildə Bakının Suraxanı rayonunda anadan olub. Uzun müddətdən sonra Elvinin valid...