Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada tarixi qayalara yazı yazan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Xatırladaq ki, Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub.
Bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:
"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq".
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...