Sürücünün tələskənliyi qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ
Paytaxtda daha bir yol-nəqliyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, mərkəzi küçələrdən birində avtomobil motosikletlə toqquşub.
Hadisə sürücünün yolda tələskənliyi səbəbindən yaşanıb.
Svetoforun yaşıl işıq siqnalı tam yanmadan, qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnib.
1-2 saniyə gözləsəydi, bu qəza da baş verməyə bilərdi.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmi feysbuk səhifəsində məlumat verilib.
Paylaşılan görüntülərdə qəza anbaan əks olunub.
Qeyd edilib ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.
Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.
Sürücülərə çağırış edilərək bildirilib ki, svetoforun siqnallarına riayət etmək "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi ilə məcburidir.
Oxşar xəbərlər
Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, onların 4-...