Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Suraxanı Rayon Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşları ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsinə və talama cinayətlərinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirlə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş 31 yaşlı Kənan Qaçayev saxlanılıb. Ondan 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.
Keçirilən digər tədbir zamanı oğurluq cinayəti törədən əvvəllər məhkum olunmuş 20 yaşlı Anar Cəfərov və 27 yaşlı Əli İsmayılov saxlanılıblar. Onlar gecə saatlarında rayonun Zığ qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsini qıraraq mənzildən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi
Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş iki aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir. BAKU.WS Xəzər TV-yə is...