Sumqayıtda ŞOK hadisə - Sürücülər 4 qəza törədib əyləndilər - VİDEO
10
dek
2018
08:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam saatlarında Sumqayıtda 4 ardıcıl qəza baş verib. BAKU.WS xəbər verir ki, bu barədə tanınmış Formula 1 şərhçisi Rahim Alıyev bildirib. Onun sözlərinə görə, "Komsomolski" deyilən ərazidə, FHN-in qarşısında böyük sürətlə gələn maşın işıqforda dayanan maşına çırpılıb: "Əslində çırpılmadı, hiss olunurdu ki, özünü qəsdən çırpdı. Vurulan maşından düşənlər şokda idilər, xüsusən də bir cavan qız yerində tullanıb-düşürdü. Arxadan vuran maşın isə əvvəlcə dayandı, sonra isə yoluna davam elədi. Növbəti işıfordan sonra "Trikotaj" fabrikinin qarşısında əzilmiş daha iki maşın dayanmışdı. Nəhayət, şəhərin girişindəki yolayrıcında yol polisi bir əzilmiş maşını saxlamışdı. Amma bilmədim ki, həmin qoçuluq edən maşındır, ya onunla bir kompaniyada olan maşınlardandır. Çünki onlar tək deyildilər". Baş verən qəzaların görüntüsünü təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
Bakıda yük maşını qəza törətdi - Daşıdığı qum yola dağıldı
Bakıda ağırtonnajlı maşın qəza törədib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:40 radələrində metronun "20 Yanvar" stansiyasının y...