Sumqayıtda zavodda baş verən yanğında bir nəfər xəsarət alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC-dən bildirilib.
İlkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...