Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO

Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.
Qalereya
Oxşar xəbərlər
Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - Azərbaycanda AĞLASIĞMAZ ƏMƏL
Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi...