Sumqayıtda yanğın oldu, sakinlərin avtomobilləri yandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 100-ə yaxın məcburi köçkün ailəsinin yaşadığı yataqxana ərazisində güclü yanğın olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin əməkdaşları cəlb olunub.
Yanğın zamanı təqribən 1000 kvadratmetr ərazi yanıb. Yataqxanada yaşayan sakinlərin sözlərinə görə, ərazidəki məişət tullantıları tez-tez yandırılırdı. Bu dəfə havanın küləkli olması alovun miqyasını genişləndirib. Hətta həyətlərində olan iki ədəd avtomobil və ərazidəki yaşıl ağaclar da yanıb.
Zərərçəkənlərdən biri bildirib ki, yoldaşından yadigar qalan avtomobil də yanıb.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...