Sumqayıtda xəstəxanada yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda xəstəxanada yanğın söndürülüb.
BAKU.WS bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Oxşar xəbərlər
"Qoç ət" restoranındakı yanğında zəhərlənənlər olub - YENİLƏNİB 1 - FOTO/VİDEO
Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə zamanı ümumi...