Sumqayıtda “Ustay” şirkətinin 13 işçisi zəhərlənib, vəziyyətləri orta-ağırdır

Sumqayıtda “Ustay” şirkətinin 13 işçisi zəhərlənib, vəziyyətləri orta-ağırdır
Hadisə 6348
Sumqayıt şəhərində yerləşən zavodda kütləvi zəhərlənmə faktı qeydə alınıb.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət ediblər.Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir.Qeyd edək ki, hadisə “Ustay” şirkətinin zavodunda qeydə alınıb.Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər