Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıtda silah-sursat aşkarlanıb
Hadisə 55

Sumqayıtda silah-sursat aşkarlanıb.

BAKU.WS xəbər verir ki, hadisə "Sumqayıtçay və 76-cı məhəllə ərazilərində qeydə alınıb.

Belə ki, "Sumqayıtçay" ərazisində çayın kənarında 1 ədəd "Toz-8" markalı qoşa lülə ov tüfəngi, 76-cı məhəllə ərazisində isə 1 ədəd "AKA-74" markalı avtomat və ona məxsus sandıq, içərisində 20 ədəd 7.62 patron aşkarlanıb.

Aşkarlanan silah-sursat polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər