Sumqayıtda iki qardaş spirtdən zəhərlənərək ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Simirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Simirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək aldıqları metil spirtini içiblər.
Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.
İ. Smironov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda içkidən zəhərlənib ölən polis zabitinin görüntüsü yayıldı - VİDEO
Bakıda ucuz içkidən zəhərlənərək ölən polis zabitinin videosu yayıldı. Qeyd edək ki, ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənl...