Sumqayıtda Göyərçin abidəsinin ətrafındakı ağaclar kəsilir - DİN-dən AÇIQLAMA

Sumqayıtda Göyərçin abidəsinin ətrafındakı ağaclar kəsilir - DİN-dən AÇIQLAMA
Video
Hadisə 204

Sumqayıt şəhərində ağac kəsilmə faktı üzə prosessual araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, şəhər ərazisində yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib.

Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.

***10:16

Sumqayıt şəhərində yerləşən Göyərçin abidəsinin ətrafındakı yaşıllıq zolağında ağaclar kəsilir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, kadrlar dünən lentə alınıb. Lakin, hazırda da həmin ərazidə ağacların kəsilməsi prosesi davam edir.

Görüntülərdə abidənin ətrafındakı ağaclıq sahədə kəsim işlərinin aparıldığı əks olunub.

Sözügedən kadrları təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər