Sumqayıtda gənc qızı öldürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Arvadını güllələyərək öldürən şəxslə bağlı ŞOK FAKTLAR - VİDEO
Yevlaxda kişi həyat yoldaşını evində güllələyib. Qətli törədən şəxs qohumunu da yaralayıb. Sumqayıtda isə 45 yaşlı kişi öz tanışı tərəfindən elə yaşadığı binanı...