Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
*** 12:56
Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.
Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...