Sumqayıtda ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanıb

Sumqayıtda ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanıb
Hadisə 70

Sumqayıtda ər-arvadın şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Sumqayıt rayon Prokurorluğundan bildirilib.

Bildirilib ki, sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər