Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son durumu məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
***11:22
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonu ərazisində bayram tonqalı yanğına səbəb olub. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Əhmədli Şirvani 2 ü...