Sumqayıtda dəhşətli qətl bu evdə olub: Qonşular danışdılar - TƏFFƏRRÜAT - VİDEO

Sumqayıtda qohumlar arasında düşən mübahisə qanla bitib. Sumqayıtda 36 yaşlı kişi qətlə yetirilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. 36 yaşlı Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 44 yaşlı Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin mülk mübahisəsi üstündə törədildiyi iddia edilir.
Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Oxşar xəbərlər
Ataları döydü, onlar baltaladı - Qardaşların törətdiyi QƏTLİN SƏBƏBİ - YENİLƏNİB
İyulun 31-də Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun qardaşı oğlanları tərəfindən öldürülməsinin təfərrüatı məlum olub. BAKU.WS "modern.az...
