Sumqayıtda yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib
Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
"Yaxınlaşanda gördüm ki, uşaqların biri yerdədir": Kürdəmirdə doqquzuncu sinif şagirdini dəmir yolunda cərəyan vurdu
Kürdəmirdə bədbəxt hadisə baş verib. Doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu ele...