Sumqayıtda bazarda atəş açılıb, bir nəfər yaralanıb - FOTO
15
okt
2020
17:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda silahlı insident baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən bazarda qeydə alınıb.
Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...