Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, BMW, "Hyundai" markalı iki avtomobil, habelə "Opel", "Toyota" və "Kia" markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə "Opel" markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda onların sayı dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbi və təfərrüatlar araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....