Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, avqustun 1-də saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü körpə hospitalizasiya olunub.
Məlumata əsasən, yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, körpənin avqustun 2-də saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.
***11:46
Sumqayıtda dəhşətli hadisə yaşanıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən Uşaq xəstəxanasında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...