Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın SON VƏZİYYƏTİ
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır.
Bu barədə BAKU.WS-in Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Mərkəzin Uşaq Xəstəxanasına 2016-cı il oğlan hospitalizasiya olunub.
Döş qəfəsinin sınığı diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.
***11:43
Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.
2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsindəki eyvanından yıxılıb.
Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....