Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.
Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 1-də saat 08:30 radələrində müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....