Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 1700 abonentin qazı kəsiləcək.
Azəriqaz İB Sumqayıt QİS-dən BAKU.WS-ə bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Belə ki, diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar, bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.
Oxşar xəbərlər
Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi
Bərdə rayonunda avtomobil qəzası baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb. Belə ki, qəsəbə s...