Sükan arxasında yuxulayan sürücü qəzaya səbəb oldu: Ölən var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS "APA"ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşının sürücüsü, Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində ölüb.
Digər sürücü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.
Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb - FOTO
Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndini...